Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İordaniya İranın atdığı beş raketi havada məhv edib

3 dəq
Paylaş:
İordaniya İranın atdığı beş raketi havada məhv edib

İordaniya Silahlı Qüvvələri İrandan ölkə ərazisinə doğru atılan beş raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İordaniyanın “Petra” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının rəsmisi iyunun 10-da hava hücumundan müdafiə sistemlərinin Əz-Zərqa əyalətində Əl- hava bazasına doğru atılan beş havada vurduğunu bildirib.

Rəsmi şəxsin sözlərinə görə, hadisə nəticəsində heç bir insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

Bildirilib ki, raket qalıqlarının təmizlənməsi və mümkün partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədilə hadisə yerinə mühəndis-istehkam qrupları göndərilib.

Hərbi rəsmisi vurğulayıb ki, silahlı qüvvələr regiondakı hadisələri yaxından izləyir və İordaniyanın hava məkanını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədir.

O qeyd edib ki, ölkənin hava məkanının hər hansı şəkildə pozulmasına yol verilməyəcək.

Bu arada, "Əl-Cəzirə" telekanalının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi aviabazaya uzun mənzilli bərk yanacaqlı raketlərlə zərbə endirdiyini edib.

İİKK raketlərin bazadakı dörd mühüm hədəfi, o cümlədən F-35 qırıcı təyyarələrinin saxlandığı anbarları və əsas komandanlıq-idarəetmə mərkəzini vurduğunu açıqlayıb.

Qurum həmçinin ABŞ-nin mümkün gələcək hərbi əməliyyatlarına “sarsıdıcı və qətiyyətli” cavab verməyə hazır olduğunu bəyan edib və regionda vəziyyətin gərginləşməsinə görə Vaşinqtonu məsuliyyət daşımağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində Amerika Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı zərbələr endirəcəyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp hadisəyə görə İranı günahlandırmış, Tehran isə cavab olaraq bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax