İordaniyanın Hava Hücumundan Müdafiə Qüvvələri hava məkanını pozan istənilən İran pilotsuz uçuş aparatı və ya təyyarəsini ələ keçirməyə, vurmağa hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" bölgədəki iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Onlar əlavə ediblər ki, ordu da yüksək hazırlıq vəziyyətindədir və radar sistemləri pilotsuz uçauş aparatlarının fəaliyyətini izləyir.