Əsas məzmuna keç

İnvestisiya Forumunda tarixi razılaşma: 11 sənəd imzalandı

İnvestisiya Forumunda tarixi razılaşma: 11 sənəd imzalandı

Bakıda keçirilən tədbirdə enerji, kənd təsərrüfatı və infrastruktur sahələrində mühüm anlaşmalar əldə olunub. Ölkə iqtisadiyyatına hansı yeniliklər gələcək?

en ru

Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində 11 sənəd imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunlar aşağıdakılardır:

1. Tikinti və inkişaf sahəsində əməkdaşlıq - Anar Axundov (iqtisadiyyat nazirinin müavini) və Ta Ngoc Da ("ROX Group" Səhmdar Cəmiyyətinin Baş icraçı direktorunun müavini) imzalayıb;

2. Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq - Azər Bayramov (iqtisadiyyat nazirinin müavini) və Qabriela Popesku ("Microsoft Romania, Moldova & CIS" şirkətinin Baş meneceri) imzalayıb;

3. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq - Elnur Soltanov (energetika nazirinin müavini) və Pham Minh Tuan ("Energy Companies – ROX Group" İcraiyyə Şurasının sədri) imzalayıb;

4. Yeni texnologiyalar əsasında Karbid, Silisium Oksid və Silisium İstehsalı - Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko ("Inoyest AFEZCO"nun təsisçisi) imzalayıb;

5. ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri - Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Ştuxlik ("iCsquared GmbH", İsveçrə şirkətinin nümayəndəsi) imzalayıb.

6. Ağdam quşçuluq layihəsi - ("Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov ("PAŞA Holdinq" MMC-yə məxsus "Agro Dairy" MMC-nin Baş icraçı direktoru) və Petr Çinqr ("AGROFERT, a.s." İdarə Heyətinin sədr müavini) imzalayıb;

7. Baytarlıq peyvəndlərinin istehsalı layihəsi - Ülvi Mansurov və Abdullah Tutak ("VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." direktoru) imzalayıb;

8. Əczaçılıq istehsalı müəssisəsinin yaradılması - Ülvi Mansurov və Ondrej Draqun ("Saneca Pharmaceuticals, a.s." şirkətinin Baş maliyyə direktoru) imzalayıb;

9. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank" ASC-də Nəzarət Etməyən Pay Əldə Etməsi Dəyanət Sədullayev (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsini icra edən) və Saif Almahrouqi (Oman İnvestisiya Qurumunun "G2G Funds" üzrə Böyük meneceri) imzalayıb;

10. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "Esyasoft" şirkəti arasında əməkdaşlıq - Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Zaur Mikayılov (ADSEA-nın sədri) və Bibin Çandra ("Esyasoft"un nümayəndəsi) imzalayıb;

11. İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və arasında Əməkdaşlıq - Yusif Abdullayev (AZPROMO-nun İcraçı direktoru) və Maryna Xlistun ("UkraineInvest"in İcraçı direktoru) imzalayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…