Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Monakoda partlayış: İş adamı Vadim Yermolayevə sui-qəsd cəhdində şübhəli şəxs axtarılır

2 dəq
Paylaş:
Monakoda partlayış: İş adamı Vadim Yermolayevə sui-qəsd cəhdində şübhəli şəxs axtarılır

Monakoda baş verən bağlama-bomba partlayışı ilə bağlı istintaq genişləndirilib. Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilir və şübhəli şəxsin saxlanılması üçün axtarış elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Monako hakimiyyəti şəhərdə törədilmiş bağlama-bomba hücumu ilə bağlı “İnterpol” xətti ilə qırmızı bülleten əsasında axtarış başladıb.

Məlumata görə, müşahidə kameralarının görüntülərində şübhəli şəxsin binanın girişində bağlamanı yerləşdirdikdən qısa müddət sonra partlayışın baş verdiyi əks olunub. Hadisə zamanı binaya daxil olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, yaralılar arasında 58 yaşlı ukraynalı iş adamı , onun həyat yoldaşı və 13 yaşlı övladı da var. Onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Fransanın Nitsa şəhərindəki xəstəxanalara çatdırılıblar. Onların sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumata əsasən, Monako prokurorluğunun apardığı araşdırma nəticəsində şübhəli şəxsin kimliyi müəyyən edilib və onun ölkəni tərk etdiyi ehtimal olunur. Fransa polisi ilə çərçivəsində şübhəlinin saxlanılması üçün beynəlxalq davam etdirilir.

Qeyd olunur ki, ilkin mərhələdə terror aktı kimi qiymətləndirilməyən hadisə hazırda "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə araşdırılır. Vadim Yermolayev Kipr vətəndaşıdır və 2021-ci ildən Monakoda yaşayır. O, daşınmaz əmlak sahəsində fəaliyyət göstərən iş adamı kimi tanınır və adı 2023-cü ildə Ukraynanın sanksiyalar siyahısına daxil edilib. Xarici KİV-in məlumatına görə, şübhəli şəxs hadisə yerindən qaçarkən maskalanma üsullarından istifadə edib və Fransa sərhədi istiqamətində hərəkət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax