İngiltərənin su və kanalizasiya şirkətləri əhalidən üzr istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb çirkab suları olub.
Belə ki, şirkətlər çirkab sularının çaylara axıdılması nəticəsində ictimai qınaqla üzləşib. Ardından şirkətlər "kifayət qədər tez addım atmadığı üçün" əhalidən üzr istəyib.
Xatırladaq ki, 2022-ci ildə çaylara axıdılan xam çirkab sularının gündə orta hesabla 85 dəfə olduğu açıqlanıb.