Əsas məzmuna keç

İngiltərə klubları "Valensiya"nın hücumçusunu izləyir

İngiltərə klubları "Valensiya"nın hücumçusunu izləyir

İspaniyanın "Valensiya" klubunun hücumçusu Uqo Duro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətlərində İngiltərənin dörd klubu maraqlıdır: " Villa", "Nyukasl", "Brentford" və "Vulverhempton".

Cari mövsümdə Duro bütün turnirlərdə 28 matçda meydana çıxıb, 11 qol vurub və üç qol ötürməsi edib.

Duronun "Valensiya" ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…