Əsas məzmuna keç

İnformasiya qanununa dəyişiklik edildi: Yeni qaydalar nələri əhatə edir?

İnformasiya qanununa dəyişiklik edildi: Yeni qaydalar nələri əhatə edir?

Milli Məclisdə qəbul olunan qanun layihəsi media və rəsmi məlumatların ötürülməsi prosesində hansı yenilikləri gətirir? İnzibati tənzimləmənin detalları.

en ru

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi son oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.

Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, , rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…