“İnfeksiya, qanaxma, orqan dəlinməsi və zədələnməsi, ölüm…” - Ginekoloqdan ABORTLAR ilə bağlı AÇIQLAMA

“İnfeksiya, qanaxma, orqan dəlinməsi və zədələnməsi,  ölüm…” - Ginekoloqdan ABORTLAR ilə bağlı AÇIQLAMA
06.08.2024 14:09
Aa
dəq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mətbuata bildirilib ki, bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına abort ilə bağlı 42 039 cərrahi xidmət göstərilib. Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

Bu göstəricilər isə sadəcə rəsmi abortların sayından xəbər verir. Rəsmi abortları kənara qoyaraq, reallıqla üzləşmək istəsək, əlbəttə qeyri-rəsmi abort halları ilə də rastlaşacayıq. Statistika isə sadəcə rəsmi abortlar haqqında cəmiyyəti məlumatlandırır.

Nə qədər rəsmi göstərici də olsa, sağlamlıqla bağlı tələb olunan məcburi abortları bir kənara qoysaq, fərqinə vararıq ki, bu, uşaq qətliamına yumulan gözdür. Rəsmi göstəricilərə nəzər salsaq, qeyri-rəsmi göstəriciləri təxmin eləmək o qədər də çətin deyil. 

Ümumiyyətlə, kütləvi abortların qarşısını almaq üçün nə etmək olar? Qadınlar niyə abort etdirməyə məcbur olurlar? Onların abort etdirməkdən başqa bir yolu varmı?

Mövzu ilə "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan ginekoloq Rəşad Sultanın sözlərinə görə, demoqrafik siyasət deyilən bir anlayış var:

Ginekoloq Rəşad Sultan - YouTube

“Bu sosial anlayışdır. Onun tibbi-ginekoloji adı da ailə planlamasıdır. Yəni hər bir qadın, hər bir ailə hamiləlik və doğuş sayını planlaşdırır. Sadə dil ilə desək, evdəki uşaq sayını planlaşdırır. Hər bir qadının uşaq dünyaya gətirməklə bağlı haqqı var. Heç kim bir qadına sənin mütləq uşağın, 3-5 dənə övladın olmalıdır deyə bilməz. Bizim buna haqqımız çatmır. Qadın istəsə onun heç övladı da olmaz. Deyə bilərik ki, təbiət qadına nə qədər haqq veribsə, o qədər uşaq dünyaya gətirsin, məsələn, ildə bir dəfə. Amma bu belə olmamalıdır. Qadın sosial varlıqdır və onun sosial həyatda iştirak etməsi üçün füsrət tanımaq lazımdır. Qadın bir insandır. İşləmək və istirahət etmək onun haqqıdır”. 

Doktor deyir ki, tibbi baxımdan hər hamiləlik fizioloji və təbii proses olsa belə, qadının sağlamlığı üçün risk təşkil edir, qadının orqanizmini yorur. Əlbəttə, hamiləlik və doğuşun müsbət tərəfləri də var. Amma tibbi riskləri daha çoxdur. Ona görə də həm sosial, həm də tibbi baxımdan ailə planlaması deyilən bir anlayış var. Bəs bu necə olmalıdır? Abort şəklindəmi, yoxsa hamilə qalmamaq şəklindəmi? 

“Əlbəttə ki, bu prosesi hamilə qalmamaqla həll olunmalıdır. Hamilə qaldıqdan sonra abort etdirmək biz ginekoloqların və həkimlərin sevdiyi bir proses deyil. Abort ailə planlamasının ən son, ən çarəsiz metodur. Ən doğrusu isə heç hamilə qalmamaqdır. Biz necə edək ki, qadınlar uşaq istəmirlərsə, hamilə qalmasınlar və abort etdirməsinlər? Abortların sayını azaltmaq üçün bizim işimiz arzuolunmayan hamiləliklərin qarşısını almaq olmalıdır. Arzuolunmayan hamiləliklərin qarşısını almaq üçün tibbi metodlar var. Məsələn, dərman preparatları, prezervativlər və spirallar. Dövlət, media, cəmiyyət və biz həkimlər mütləq təbliğat yolu ilə qadınları maarifləndirməliyik.

R.Sultanlının fikrincə, yeni layihələr təqdim oluna, pulsuz tabletka və ya prezervatif paylana, spiralın taxılmağı poliklinika səviyyəsinə qaldıra bilər. Spiral qoymaq üçün qapı-qapı gəzib qadınları buna yarım-məcburi sövq edə, çağıra bilərlər. Doğuşdan çıxan hər qadına yaxın zamanda hamiləlik planlaşdırmırsa, mütləq qorunma haqqında məlumat verməlidir. Ümumi iş bu formada olmalıdır. Bəs nəyə görə biz abortun tərəfdarı deyilik?

"İşin mənəvi, etik, hüquqi və tibbi tərəfi var. Mənəvi və etik tərəfi odur ki, bir insan öldürülür. Döl neçə həftəlik olursa, olsun insan öldürülür. Tibbi tərəfi isə odur ki, abort özü müdaxilədir. Heç hamilə qalmamaq daha risksizdir. Amma abort etdirmək cərrahi müdaxilə olduğu üçün infeksiya, qanaxma, orqan dəlinməsi, orqan zədələnməsi və ölüm kimi riskləri var. Ona görə tibbi cəhətdən abort elətdirməkdənsə, hamilə qalmamaq daha yaxşıdır. Bu zaman yeni bir sual yaranır. Bəs abort mənəvi, etik və tibbi cəhətdən bu qədər pisdirsə, niyə buna icazə verilir?”

Что такое медикаментозный аборт и как он проводится — блог медицинского  центра ОН Клиник

Doktor deyir ki, aborta icazə verilməyən ölkələr də var. Səbəb isə odur ki, ölkədə abortu ləğv etsələr, bu zaman qadınlar tibb müəssisələrindən kənarda kriminal və sanitar olmayan şəraitdə abort etdirəcəklər. Belə olduqda isə abort hallarının sayı daha da artacaq. Dövlətlər də qanunsuz müdaxilələrin olmaması üçün aborta məcburi icazə verirlər. Digər tərəfdən isə  hamı deyir ki, uşaqdır, Allah ruzisini verir, onu doğmaq və böyütmək lazımdır. Kənardan baxıb, danışmaq asandır:

“Biz abort edəni qınayırıqsa, qınamamışdan qabaq özümüzə bu sualı verməliyik. Həm fərd, həm cəmiyyət, həm də dövlət olaraq, hamilə qadına, uşaq sahibi olacaq cütlüyə, onu narahat edən sualları və həmin sualların cavablarını vermişəm? Nigahdan kənar hamilə qalan qadının bütün sosial problemlərin, rast gələcək qınaqların cəmiyyət olaraq qarşısına keçə bilirik? Əlbəttə ki, yox. Evində üç dənə uşağı olan qadın dördüncü uşağa hamilə qalanda onun bütün maddi problemlərinin cəmiyyət olaraq qarantiyasını veririk? Qadının o uşağı rahat böyütməsi üçün lazımı şərait ilə təmin edə bilirik? Bunları təmin etmədən kimisə qınamağa, kiməsə məsləhət verməyə ixtiyarımız yoxdur. Ona görə də bu problemlərin həll olunduğu cəmiyyətlərdə abortu qadağan etmək olar. Mən abortu təbliğ etmirəm. Abort tibbi və riskləri olan müdaxilədir. Biz sivil cəmiyyət qurmaqdan danışırıqsa, ən doğrusu hamiləlikdən qorunmaq haqda düşünməkdir”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu