Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI
28.09.2024 14:48
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə sentyabrın 28-də Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən Nazirlər Kabineti Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Bundan başqa Nazirlər Kabineti “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni də iki ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həftənin ən çox oxunanları

Şəmkirdə "Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi" keçirilib

Şəmkirdə
DAVAMIN OXU davamın oxu

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
DAVAMIN OXU davamın oxu

Balababa Rzayevə şiddətli töhmət elan edilib

Balababa Rzayevə şiddətli töhmət elan edilib
DAVAMIN OXU davamın oxu

Prezident deputatla bağlı SƏRƏNCAM İMZALADI

Prezident deputatla bağlı SƏRƏNCAM İMZALADI
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
DAVAMIN OXU davamın oxu