Operativ Məlumat Mərkəzi

"Qarabağ" bunu etsə Londondan xal ilə dönə bilər

3 dəq
Paylaş:
"Qarabağ" bunu etsə Londondan xal ilə dönə bilər
{"az":"Qarabağ Tottenhemlə səfərdə oynayacaq. Londonda sensasiya üçün nə etməli? - Ekspert təhlili.","en":"","ru":""}

Sentyabrın 26-da “Qarabağ” İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ağdam klubunun əsas hədəfi İngiltərədən ən azı 1 xalla dönməkdir.

Bəs Londonda sensasiya yaratmaq üçün “Qarabağ” nə etməlidir? Qurban Qurbanovun yetirmələri meydana hansı anlayış ilə çıxmalıdırlar?

Matç ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən futbol eksperti Kənan Məstəliyev deyib ki, "Qarabağ"ın rəqibi çox güclüdür, oyunu səfərdə keçiririk. "Tottenhem" İngiltərənin və dünyanın tanınan klubudur. Həmişə dolu tribunalar qarşısında oynayır. İngiltərə Premyer Liqasının səviyyəsi hər kəsə məlumdur.

“İngiltərə Premyer Liqası Azərbaycan liqasını bütün komponentlərdə üstələyir. "Qarabağ" Azərbaycan futbolunda bir üst pillədədir və dəfələrlə özünü böyük klublarla oyunlarda sübut edib, özünü yaxşı tərəfdən göstərib.

Qəbul etmək lazımdır ki, bu dəfəki səfər heç də asan alınmayacaq. "Tottenhem" bütün komponentlərdə "Qarabağ"dan üstündür. İstər müdafiədə, istər yarımmüdafiədə, istərsə də hücumda. Lakin İngiltərə klubunun zəif nöqtələri var. Onlar müdafiə xəttində boşluqlar verirlər. Bu boşluqlardan istifadə etmək üçün "Qarabağ" topu özündə saxlamalıdır, topu meydanda gəzdirməlidir. Belə olan zaman rəqib müdafiə xəttində boşluqlar yaranacaq və "Qarabağ" bundan istifadə edə bilər”.

Kənan Məstəliyev deyib ki, əsas məsələ topu saxlamaqdır. Topu özündə saxlayandan sonra rəqibin müdafiə xəttinin arxasına atılan toplarda Juninyonun sürətinə güvənmək lazımdır.

“Bu oyunda əsas açar futbolçu məhz Juninyo olacaq. Çünki o həm sürətlidir, həm də əlinə düşən imkanlardan yararlanmağı bacarır. "Qarabağ"ın son illərdə nümayiş etdirdiyi hücum futbolu bu dəfə öz effektini verməyə bilər. Təmkinli, ağıllı oynamaq. Səhvlərə yol vermək olmaz, sakitcə şansları gözləmək lazımdır və ələ düşən şanslardan maksimum istifadə etmək lazımdır. Londondan xalla dönməyimiz böyük sensasiya ola bilər”, - deyə o sonlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər