Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
24.09.2024 12:20
Aa
dəq

Qarşılıqlı anlaşmaya uyğun olaraq Azərbaycan vətəndaşları Həbibov Orxan Afiq oğlu, Şirinov Elcan Akif oğlu, Süleymanov Zülfüqar Vahid oğlu, Vəliyev Arif Rasim oğlu və Səlimov Pərviz Rzavan oğlu Rusiyadan ekstradisiya ediliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Elmar Sadıqov Gürcüstanda 17.09.2024-cü il tarixdə, digər qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23 sentyabrda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Həftənin ən çox oxunanları

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu