Prezidentin köməkçisi Ermənistanla sülhə maneələrdən danışıb

Prezidentin köməkçisi Ermənistanla sülhə maneələrdən danışıb
27.09.2024 19:16
Aa
dəq

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla sülhə mane olan məsələlərdən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, H.Hacıyev müsahibəsində bildirib:

"Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır. Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı.

Müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir. Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir.

Biz, həmçinin Avropa İttifaqının Ermənistanda sərhədlərimizin monitorinqi missiyası şəklində və Ermənistan üçün hərbi layihə olan Avropa Sülh Fondu vasitəsilə regionda hərbi mövcudluğunu görürük. Aİ regionumuzda hərbi amilə çevrilərsə, haqlı suallar ortaya çıxır: Ermənistanın hərbiləşdirilməsinin məqsədi nədir?".

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov Rusiyaya gedib

Ceyhun Bayramov Rusiyaya gedib
DAVAMIN OXU davamın oxu

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
DAVAMIN OXU davamın oxu

İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir

İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir
DAVAMIN OXU davamın oxu

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: Ermənistanın Azərbaycana COP29-la səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur

Rəsmi Bakı: Ermənistanın Azərbaycana COP29-la səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur
DAVAMIN OXU davamın oxu