Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ - AÇIQLAMA

Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ - AÇIQLAMA
24.09.2024 21:20
Aa
dəq

2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Artıq son artımın üzərindən 2 ilə yaxın bir müddət keçir. Hər kəsi maraqlındar sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə vaxt və nə qədər artırılacaq?

Ötən gün əhaliyə şad xəbəri Prezident İlham Əliyev verdi. Dövlət başçısı Milli Məclisdə çıxışı zamanı artıq göstəriş verildiyini, gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını dedi.

Bəs gəlin görək minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı məsələ Prezident İlham Əliyevin qərarı ilə bağlıdır. Bu dövlət başçısının qərarı ilə tənzimlənir.

Fikrimcə minimum əməkhaqqı 400 manat ətrafında formalaşacağını proqnozlaşdıra bilərik.

“Minimum pensiyaya gəldikdə isə, burada artım Dövlət Statistika Komitəsinin illik elan etdiyi inflyasiya göstəricilərinə uyğun olacaq. Pensiyaların indeksləşdirilməsi bu xüsusda həyata keçiriləcək”.

E.Məmmədov deyir ki, son 6 ildən artıq bir müddətdə ölkədə qabaqlayıcı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi çox aktiv vüsət almışdır.

“Əməkhaqqı fondunda, minimum orta median əməkhaqqlarında, minimum və orta pensiyada biz bunu müşahidə etdik. Dövlət başçısının səsləndirdiyi fikirlərdən o qənaətə gəlmək olar ki, yaxın aylarda minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir. Düşünürəm ki, bu siyasətin ardıcıl davam etdirilməsi, sosial müdafiə sistemində şəffaflığın təminatına söykənən bir məsələdir. Effektiv idarəetmə və şəffaflığın təmin edilməsi dövlətimizin bu istiqamətdə gördüyü işlərin inkişaf etdirməsinə böyük şərait yaratmış olur. Düşünürəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir”, - deyə o bildirib.

Digər müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Azərbaycan Prezidenti parlamentdə çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib məsələlərə toxundu. Növbəti ildən etibarən minimum əmək haqqını və pensiyalarda artımların olacağını bildirdi. Artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.

“Noyabrn 1-ə qədər Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən minimum əmək haqqı və eləcə də minimum pensiyaların artırılması ilə bağlı təkliflər təqdim olunacaq. Büdcə paketi çərçivəsində növbəti ildən etibarən minimum əməkhaqqının və pensiyaların artımı gözlənilir. Biz bu istiqamətdə öz təkliflərimizi təqdim etdik. Nəzədə alsaq ki, minimum əmək haqqı və pensiyalar 2023-cü ilin yanvar ayında artırılıb. Ona görə də biz təklif edirik ki, minimuk əmək haqqı və pensiyalarda 2 rəqəmli artımlar olsun. Müzakirlələrin əsasında isə konkret rəqəm təyin olunacaq. İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək. Bu əmək pensiyası və minimum əmək haqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək”, - deyə deputat sonlandırıb.

Mehman Mirzəzadə

Həftənin ən çox oxunanları

Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili

Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili
DAVAMIN OXU davamın oxu

Prezidentin Milli Məclisdəki çıxışı yeni "yol xəritəsi"ni müəyyən etdi - AÇIQLAMA

Prezidentin Milli Məclisdəki çıxışı yeni
DAVAMIN OXU davamın oxu

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu