44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
27.09.2024 22:28
Aa
dəq

Biz Azərbaycanın tarixində ölkədə ən önəmli tarixi günü yaşayırıq və bu tarixi yazanlar da əbədi olaraq Azərbaycan hərb tarixində unudulmaz bir iz buraxaraq, İkinci Qarabağ savaşında qazanılan qələbə hər zaman gələcək nəsillərdə də öyrəniləcək və qürur mənbəyi kimi tanınacaq.

Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deyib.

“Cəmiyyətdə, xalqımızda bir səbr kasası dolmuşdu, artıq boğaza yığılan Azərbaycan xalqı işğalla barışmayaraq, ərazi bütövlüyümüzü bərpa etməyə hazır olduğunu dəfələrlə bildirmişdir”.

Şair Ramaldanov: “Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki,  təki Vətən sağ olsun!”

Ekspert qeyd edib ki, 44 günlük müharibədə Aprel döyüşləri bir sınaq idi. Ona görə ki, aprel hadisələrində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi, Azərbaycanın hansı risklərlə üzləşəcəyi açıq-aydın istiqamətlərdə müəyyənləşdi.

Şair Ramaldanovun sözlərinə görə, Tovuz hadisələrində Səfərbərlik və Hərbi Xidmətə çağırış məntəqələrində artıq insanlar könüllü olaraq yazılmağa başladı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı aprel hadisələrindən sonra özü formalaşdırdığı, dünyada 53-cü yerdə ən güclü ölkələr arasına çıxardığı orduya yüksək qiymətini Aprel döyüşlərindən sonra vermişdi ki, Azərbaycan ordusu qısaca bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldu. Ancaq xaricdən ola biləcək risklər hər an bizim döyüşlərimizi dayandıra biləcək güclər hələ də var idi və İlham Əliyev Tovuz hadisələrindən sonra “diplomatiyada hücum” deyərək bir fikir işlətdi. Azərbaycan prezidenti məhz beynəlxalq diplomatiya döyüş meydanında hücuma keçərək, bu məqamı yetişdirdi və apardığı müdrik xarici siyasət nəticəsində qələbəni qazandı.

Hərbi-ekspert bildirib ki, İlham Əliyevin apardığı siyasət nəticəsində beynəlxalq kürsülərdə Azərbaycanın hansı yolla olursa-olsun, öz torpaqlarını azad etməsi ilə bağlı artıq fikir formalaşdı. Türkiyə, Pakistan kimi dost ölkələr Azərbaycanı dəstəkləyəcəyini elan etdi və artıq əks-hücum İkinci Qarabağ savaşı başlayanda məhz bu iki qardaş və dost ölkələr həmin ola biləcək risklərin qarşısının almasında Azərbaycanla bir oldular. Azərbaycan öz tarixi, haqq işini BMT-nin 4 qətnaməsini faktiki şəkildə öz gücü ilə yerinə yetirməyə başladı.

“30 il müdafiədə olan düşmənin və yetəri qədər güclü silahlarla təchiz edilən, hətta o silahlar demək olar ki, beynəlxalq silahlanmasına nəzarət edən qurumdan da gizlədilirdi. Həmin o qurumlar Azərbaycana və Ermənistana gəlsə də, “Dağlıq Qarabağ”a girə bilmirdilər və belə olduğu halda Ermənistan öz silahlarını “Dağlıq Qarabağ”da gizlədirdi və artıq Azərbaycan əks-hücum əməliyyatına başlayanda düşmənin nə qədər gizli şəkildə silahlandığını biz real vəziyyətdə şahidi olduq”.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir - Qanunla.Az

İlham Əliyevin Rusiya mediasına verdiyi müsahibəsində qeyd etmişdi ki, “Qarabağın azadlıq planı daim mənim masamın üzərində olub və biz daim o masanın üzərində lazım olan dəyişiklikləri işləmişik”. 44 gün ərzində İlham Əliyevin də dediyi kimi, işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə nail olduq. İlham Əliyevin verdiyi əks-hücum əmri ilə demək olar ki, xalqımızın, cəmiyyətimizin çoxdan gözlədiyi tarixi hadisəyə imza atdı. Xalq da öz liderinin ətrafında sıx şəkildə cəmləşərək, ona öz hərtərəfli dəstəyini göstərdi və bir yumruq kimi birləşərək düşmənin başını əzdi”.

Bir hərbçi kimi deyə bilərəm ki, hər bir savaşın insan itkisinin və digər itkilərin hesablanması aparılır. Azərbaycanın isə Ali Baş Komandan tərəfindən idarə olunan döyüşlərdə itkilərimiz heç bir normativə sığmayan qədər az oldu. Deyərdim ki, bu taktika hərbi elmdə yeni bir nailiyyət, nəticə oldu. Çünki, hesablamalarda itkilərimiz, olan itkilərdən ən azı 10 və daha çox qatını göstərirdi. Ancaq Azərbaycan əsgərinin peşəkarlığı, vətənpərvərlik ruhunun yüksək olması, aparılan döyüş və qərargah hazırlıqları, irimiqyaslı hərbi təlimləri Azərbaycanın özünəməxsus XXI əsrin tələblərinə cavab verən və bu prosesləri öz vəzifə çərçivəsində idarə edən sərkərdə öz ordusunu yaratdı”, - deyə ekspert vurğulayıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu

"Qarabağ"ın məğlubiyyətinin səbəbkarı kimdir? - ŞƏRH

DAVAMIN OXU davamın oxu