27 sentyabr şanlı vətən tarixinin başlanğıcı, eyni zamanda anım günüdür.
Bu sözləri millət vəkili Naqif Həmzəyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bilidirib.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal dövründə Azərbaycan xalqı səbirsizliklə topraqlarımızın işğaldan azad edilməsini gözləyirdi. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət problemin sülh yolu ilə həllinə töhvə verə bilmədi. Təcavüzkar Ermənistana bir dəfə də olsun sanksiyalar tətbiq olunmadı. Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında ordumuzu yenidən gücləndirə bildi və iqtisadiyyatımız yenidən formalaşaraq Azərbaycan güclü qüvvətli dövlətə çevrildi.

“Problemin sülh yolu ilə həll olmayacağı təqdirdə hərb yolunun seçilməsinin hazırlıqları tamamlandı. Ermənistan nəinki sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq, onlar yeni torpaqlar işğal etmək, hətta Azərbaycanı daha çətin vəziyyətə salmaq niyyətində idilər. Ermənistan tərəfindən törədilən təxribatın qarşısını almaq üçün əks hücuma başlayan ordumuzun başqa çıxış yolu yox idi. 27 sentyabrda başlayan bu hücumlar Vətən Müharibəsinin başlanması üçün əsas oldu. Biz şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükürlər olsun ki, alnımızdakı qara ləkələr təmizləndi və biz işğala son qoyduq”.
Deputat bildirib ki, bu şərəfli yol Azərbaycan üçün yeni reallıqlar yaratdı. İndi Azərbaycan xarici siyasətində daha müstəqildir. Biz 27 sentyabr kimi şərəfli tarixi yaşadıq və Azərbaycan tarixində dönüşə imza ata bildik. Çox xoşbəxt xalqıq ki, biz şərəfli zəfər günlərini yaşıdıq. Xalq, ordu və liderimizin rəhbəri bu zəfəri şərtləndirdi. Bu gün də biz bu birliyi bərabərliyi qoruyuruq.
Mədinə