İndoneziyada Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsindən sonra Qərbi Sumatradakı hava limanı müvəqqəti bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İdoneziya mediası məlumat yayıb.
Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Marapi vulkanının bu ay ikinci dəfə püskürdüyünü bildirib.
Qərbi Sumatradakı Minanqkabau Beynəlxalq Hava Limanı dünən partlayış səbəbindən müvəqqəti olaraq bağlanıb.
Ölən və ya infrastrukturun zədələnməsi barədə məlumat verilməsə də, ictimaiyyətə və turistlərə zərər çəkmiş ərazilərdə fəaliyyətdən çəkinmələri tövsiyə edilib.