İndoneziyanın cənub bölgələrindəki Şərqi Nusa Tengqara əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən məlumat yayıb.
Agentlik, verilən məlumatda zəlzələnin episentrinin Kupanq şəhərindən 21 kilometr şimal-şərqdə olduğunu açıqlayıb. Təxminən 36 kilometr dərinlikdə baş verən zəlzələnin bölgədə çaxnaşmaya səbəb olduğu və bir çox binaya cüzi ziyan vurduğu bildirilib.