Hindistanın Tehrandakı səfirliyi “X” sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə İranla bağlı təhlükəsizlik xəbərdarlığı yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomatik nümayəndəlik bölgədəki vəziyyəti diqqətlə izlədiyini bildirib və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.
Məlumata görə, səfirliyin açıqlamasında son hadisələr fonunda Hindistan vətəndaşlarına ikinci bir bildirişə qədər İrana zəruri olmayan səfərlərdən çəkinmək çağırışı edilib.
Bildirilib ki, İranda olan və ya məcburi səbəblərlə bu ölkəyə səfər etməli olan Hindistan vətəndaşlarına maksimum diqqətli olmaları və yalnız rəsmi və etibarlı mənbələrdən yayılan məlumatları izləmələri tövsiyə olunub.
Qeyd olunub ki, Hindistan səfirliyi regiondakı vəziyyətlə bağlı təhlükəsizlik monitorinqini davam etdirir və lazım gəldikdə əlavə təlimatların veriləcəyi gözlənilir.
Məlumata əsasən, daha əvvəl Avropa İttifaqı da Yaxın Şərq və Fars körfəzi regionunda uçuş təhlükəsizliyi ilə bağlı xəbərdarlığını uzadıb.