Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin vəkillərinin müdafiə çıxışı edəcəyi, İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.