Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev və Şavkat Mirziyoyev bayram təbrikləri mübadiləsi etdi

2 dəq
Paylaş:
İlham Əliyev və Şavkat Mirziyoyev bayram təbrikləri mübadiləsi etdi

İlham Əliyevlə Prezidenti Şavkat arasında martın 19-d olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev dövlət başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax