Əsas məzmuna keç

İlham Əliyevin sammitdə iştirakı: Bakı və İrəvan üçün yeni mərhələ

İlham Əliyevin sammitdə iştirakı: Bakı və İrəvan üçün yeni mərhələ

Aİ Şurasının rəhbəri Antonio Koşta sülh prosesini şərh edib. Azərbaycan liderinin qatıldığı görüşün Ermənistanla normallaşma və saziş perspektivlərinə təsiri burada.

en ru

İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı Bakı və İrəvan arasındakı münasibətlərdə yeni atmosferin formalaşmasından xəbər verir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Koşta İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları üzrə Ermənistanın Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyi üçün əsas təməldir: " İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin dünənki sammitində iştirakı ölkələriniz arasındakı yeni atmosferin göstəricisidir".

A.Koştanın sözlərinə görə, Avropa İttifaqı dayanıqlı gələcək qurmaq üçün region ölkələri ilə edərək Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…