Əsas məzmuna keç

İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün inşa olunan yaşayış məntəqəsindəki şəraitlə tanış olub

İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün inşa olunan yaşayış məntəqəsindəki şəraitlə tanış olub

Prezident İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə aparılan təmir-bərpa işlərini nəzərdən keçirib.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində hərbi qulluqçuların istifadəsinə veriləcək fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına görülən işlər barədə ətraflı məlumat verilib.

Məlumata əsasən, yaşayış məntəqəsində ümumilikdə 191 fərdi ev mövcuddur. Evlərin bölgüsü aşağıdakı kimidir:

  • 1 ədəd ikiotaqlı;
  • 70 ədəd üçotaqlı;
  • 93 ədəd dördotaqlı;
  • 8 ədəd beşotaqlı;
  • 1 ədəd səkkizotaqlı;
  • 18 ədəd ikimərtəbəli, yeddiotaqlı ev.

Yaşayış sahələrində hərbçilərin rahatlığı üçün zəruri infrastruktur qurulub, evlər qaz və elektrik enerjisi ilə təchiz edilib. Ərazidə məhəllədaxili yollar yenilənib, park salınıb və Bayraq meydanı inşa olunub.

Qeyd edək ki, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələr hərbçilərin və onların ailələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…