Əliyev Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış olub

Əliyev Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış olub
10.05.2024 21:10
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

***

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həftənin ən çox oxunanları

Rəşad Nəbiyev Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib

Rəşad Nəbiyev Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib
DAVAMIN OXU davamın oxu

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
DAVAMIN OXU davamın oxu

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?
DAVAMIN OXU davamın oxu