Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada sərgini ziyarət etdilər

2 dəq
Paylaş:
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada sərgini ziyarət etdilər

İyunun 23-də Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Şuşada Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “” sərgisi ilə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax