Əsas məzmuna keç

İlham Əliyev Türkmənistanın rəsmi nümayəndəsini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Türkmənistanın rəsmi nümayəndəsini qəbul etdi - YENİLƏNİB

Dövlət başçısı Deryageldi Orazov ilə görüşdü. Mayın 17-də baş tutan görüşdə şəhərsalma və infrastruktur layihələri üzrə müzakirələrin maraqlı detalları bəlli olub.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Deryageldi Orazov Türkmənistan Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan Xalq Məsləhətinin Sədrinə çatdırmağı xahiş etdi.

Qonaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirdi və hazırda tikintinin davam etdiyini dedi.

İşğal dövründə həmin ərazilərimizin tərəfindən darmadağın edildiyi, şəhərlərin viran qoyulduğu vurğulandı. Hazırda isə orada genişmiqyaslı bərpa işlərinin aparıldığı bildirildi.

Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edəcəyini və layihələrlə yerində tanış olacağını dedi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…