Əsas məzmuna keç

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Prezident beynəlxalq təşkilatın ikili standartlarını tənqid edib. Dövlət başçısı Qarabağ münaqişəsi dövründəki etinasızlığın qlobal sülhə təhdid olduğunu vurğulayıb.

en ru

Təşkilatı () Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 il sonra - üç il əvvəl icra olundu. Lakin, təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə tam bərpa etdi", - bildirib.

İlham Əliyev BMT Təhlükəsizlik Şurası qətnamələrinin qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.

"Əgər həyata keçirilərsə, BMT-nin nüfuzu yüksələcək və Təşkilatın münaqişələrin nizamlanmasında rolu güclənəcək", - Azərbaycan Prezidenti qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…