Əsas məzmuna keç

İlham Əliyev: TDT ölkələri xarici siyasətin əsas prioritetidir

İlham Əliyev: TDT ölkələri xarici siyasətin əsas prioritetidir

Dövlət başçısı Türk dünyasını 'bizim ailəmiz' adlandırdı. Beynəlxalq platformalarda vahid mövqe və qarşılıqlı dəstək barədə mühüm bəyanatın mətni ilə tanış olun:

en ru

Azərbaycanın xarici siyasətində Təşkilatına üzv ölkələrlə əlaqələr prioritet təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

"Bütövlükdə, Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir", - deyə vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bu ölkələrlə Azərbaycanın tarixi, mədəni, etnik kökləri gözəl təməl formalaşdırır:

"Bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…