İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.