Əsas məzmuna keç

İlham Əliyev investisiyaların dövlət tərəfindən alınmasını təsdiqlədi

İlham Əliyev investisiyaların dövlət tərəfindən alınmasını təsdiqlədi

İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanuna düzəlişi imzaladı. Sərmayələrin dövlət mülkiyyətinə keçməsinin yeni əsasları və şərtləri məlum oldu.

en ru

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişikliyi imzalayıb.

Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edilib. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…