Əsas məzmuna keç

İlham Əliyev Ermənistana gedəcək? - Ceyhun Bayramov açıqladı

İlham Əliyev Ermənistana gedəcək? - Ceyhun Bayramov açıqladı

Ceyhun Bayramov mayda Ermənistanda baş tutacaq toplantı barədə danışdı. Nazir ölkə rəhbərinin səfər planı və rəsmi Bakının təmsilçilik formatını açıqlayıb.

en ru

naziri , İlham Əliyevin qarşıdan gələn Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, nazir bu barədə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlama verib. O bildirib ki, Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli nəzərdə tutulmur.

XİN başçısı məsələyə belə aydınlıq gətirib: "Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib."

Ceyhun Bayramov yekun olaraq vurğulayıb: "Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…