İlham Əliyev Ərdoğana zəng edib

İlham Əliyev Ərdoğana zəng edib
28.05.2023 21:15
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veirr ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Həftənin ən çox oxunanları

G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
DAVAMIN OXU davamın oxu

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlara dair dinləmələr başa çatıb

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlara dair dinləmələr başa çatıb
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
DAVAMIN OXU davamın oxu

Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur

Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
DAVAMIN OXU davamın oxu

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır
DAVAMIN OXU davamın oxu