İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir

İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir
24.09.2024 15:51
Aa
dəq

Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir.

"Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir", - Prezident vurğulayıb.

Həftənin ən çox oxunanları

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
DAVAMIN OXU davamın oxu

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin taktiki təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin taktiki təlimi keçirilib
DAVAMIN OXU davamın oxu

"3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb"

DAVAMIN OXU davamın oxu

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb
DAVAMIN OXU davamın oxu

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib
DAVAMIN OXU davamın oxu