Əsas məzmuna keç

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orru qəbul edib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orru qəbul edib

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ilə görüşüb. Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində təşkil olunan sərgilərin və "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirakına görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın sözügedən tədbirə ünvanladığı məktubu yüksək qiymətləndirərək, bu addımı tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. İkitərəfli əlaqələrin uğurlu inkişafına toxunan dövlət başçısı, Strateji Tərəfdaşlıq Xartiyasının və bu çərçivədə yaradılan işçi qruplarının əhəmiyyətini vurğulayıb, həmçinin Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini qeyd edib.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb. Qonaq qeyd edib ki, ABŞ Prezidentinin "Bakı Enerji Həftəsi"nə məktub göndərməsi tədbirin ölkəsi üçün daşıdığı önəmi təsdiqləyir. O, həmçinin bu tədbirin enerji bazarları ilə bağlı müzakirələrdə Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirdiyini bildirib.

Görüşdə aşağıdakı məqamlar xüsusi vurğulanıb:

  • "Bakı Enerji Həftəsi"nin qlobal enerji məsələlərinin müzakirəsi, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlıq üçün səmərəli platforma olması;
  • Azərbaycan-ABŞ münasibətlərinin dövlət başçılarının səyləri ilə yeni inkişaf mərhələsinə çatması;
  • "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlərin strateji əhəmiyyəti.

Söhbət zamanı tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…