Əsas məzmuna keç

İkinci qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur

İkinci qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə...

2025/2026-cı tədris ili üçün respublika müəssisələrinin II ixtisas qrupuna və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin adına Hərbi İnstitutuna qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…