Əsas məzmuna keç

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

İyulun 25-də Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə...

İyulun 25-də rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…