Azərbaycanın iki karateçisi İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatının finalına yüksəlib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar.