Əsas məzmuna keç

III MDB Oyunlarında bu gün daha dörd idman növü üzrə yarışlara start veriləcək

III MDB Oyunlarında bu gün daha dörd idman növü üzrə yarışlara start veriləcək

Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Qəbələ atıcılıq...

Azərbaycanın ev sahibliyi etdiyi III Oyunlarında bu gün səkkiz idman üzrə yarışlar keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.

Qəbələ atıcılıq klubunda stend atıcılığı, İdman Sarayında üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.

Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…