"İdman TV" "Qarabağ"a cavab verib

"İdman TV" "Qarabağ"a cavab verib
25.08.2023 13:23
Aa
dəq

“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmaması ilə bağlı növbəti iddialara cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kanal "Qarabağ" FK-nın iddialarını qəbuledilməz adlandırıb.

"Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin. Yaranmış problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" FK tərəfindən "İdman" TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz "İdman" TV olaraq "Qarabağ" FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin, son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi "Qarabağ" FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. "Qarabağ" FK-nın birmənalı olaraq "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda "İdman" TV olaraq biz də "Qarabağ" FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik", - deyə kanalın yaydığı məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu