Prezident İlham Əliyevin Davos platformasında vurğuladığı kimi nəqliyyat, rəqəmsal infrastruktur, yaşıl enerji və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
"Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir. 2025-ci ildə qeyri-neft ÜDM-nin 13%-i bu sahələrin hesabına formalaşıb. Yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir. İnformasiya və rabitə xidmətləri sektorunun genişlənməsi iqtisadiyyatın texnoloji komponentinin gücləndiyini, məhsuldarlığın fiziki kapitalla yanaşı, bilik, rəqəmsallaşma və innovasiya vasitəsilə artdığını göstərir", - deyə o qeyd edib.