Əsas məzmuna keç

İcra məmuru imtahanı keçirildi

İcra məmuru imtahanı keçirildi

Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə namizədlərin bilik səviyyəsi yoxlanılıb. İxtisas imtahanının nəticələri və növbəti mərhələ barədə detallar.

ru en

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi fəaliyyəti ilə məşğul olmaq şəxslər üçün test imtahanı keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, imtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 , məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib.

Qanunvericilik üzrə hər sual 1 balla, digər suallar üzrə hər biri 0,5 balla qiymətləndirilir, keçid balı isə 55-dir.

İmtahanda 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda, topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Təqdim etdiyi sənədlərə görə "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə, müsahibəyə buraxılacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…