Əsas məzmuna keç

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olub

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olub

Kiçik Qala küçəsindəki bürclərdə yağıntı və erroziya səbəbindən zədələnmə qeydə alınıb. Tarixi abidə nəzarətə götürülərək bərpa işlərinə başlanılıb. Son vəziyyət nə yerdədir?

en ru

Kiçik küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

"Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…