Operativ Məlumat Mərkəzi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

1 dəq
Paylaş:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub
ötən il “İçərişəhər”in əsas əməliyyat (satışdan) gəlirləri 3,592 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), satışının maya dəyəri 2,231 milyon...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2022-ci ili 104 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2021-ci ildən 2,312 milyon manat zərərlə çıxmışdı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il “İçərişəhər”in əsas əməliyyat (satışdan) gəlirləri 3,592 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), satışının maya dəyəri 2,231 milyon manat (77,8 % çox), sair əməliyyat gəlirləri 9,372 milyon manat (0,2 % çox), sair əməliyyat xərcləri 10,438 milyon manat (12,7 % az), mənfəət vergisi ödəmələri isə 191 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “İçərişəhər”in aktivləri 181,446 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 50,8 dəfə artaraq 203 min manata, balans kapitalı isə 3,5 % artaraq 181,243 milyon manata çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər