Operativ Məlumat Mərkəzi

I və III qrupların altqruplarını seçənlər informatika və coğrafiyadan imtahan verəcək

1 dəq
Paylaş:
I və III qrupların altqruplarını seçənlər informatika və coğrafiyadan imtahan verəcək
Məlum olduğu kimi, 11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən...

Məlum olduğu kimi, 11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, həmin abituriyentlər "İmtahanaburaxılış vəsiqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Qeyd: I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində saytımıza yerləşdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər