Operativ Məlumat Mərkəzi

Husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməyi planlaşdır

1 dəq
Paylaş:
Husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməyi planlaşdır

Yəmənin üsyançı Ənsarullah hərəkatından olan husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməyi planlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Məhəmməd Əbdülsalam bildirib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra yəmənli husilər İsrail ərazisini vuracaqlarını və İsrail gəmilərinin Qırmızı dəniz suları və Bab-əl-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər.

Husilər göyərtəsində 20-dən çox ekipaj üzvü olan “Galaxy Leader” yük gəmisini ələ keçiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər