Aprel ayında yolu azaraq Ermənistan ərazisinə keçən və burada guya qətl törətməkdə ittiham olunaraq 20 il müddətinə qanunsuz azadlıqdan məhrum edilən Azərbaycan hərbçisi Hüseyn Axundovun ömürlük həbsi tələb olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Pastinfo” portalı yayıb.
Məlumata görə, H.Axundovun qətlə yetirdiyi iddia olunan şəxsin yaxınları 20 il həbs cəzası qərarından narazıdırlar və onun ömürlük həbs olunmasını istəyirlər.