Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan 20 yük maşını Misir ərazisindən "Rəfah" keçid məntəqəsindən keçərək Qəzzaya daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb .
Məlumata görə, quru keçidində humanitar yük daşıyan daha 135 maşın var və onlar yaxın vaxtlarda sərhədi keçəcəklər.
Səhər saatlarında İsrail ordusunun hücumları nəticəsində Qəzzada yaralanan 11 nəfər təcili yardım maşını ilə Misir ərazisinə aparılıb.
Son bir neçə saat ərzində ikili vətəndaşlığı olan 300-ə yaxın insan Qəzzadan Misir ərazisinə keçib. Onların arasında Böyük Britaniya, Qazaxıstan, Rumıniya, ABŞ, Ukrayna və bir sıra digər ölkələrin nümayəndələri var.