Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silah sistemləri, o cümlədən Patriot raket sistemi tədarük edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans sosial şəbəkədə məlumat verib.
"Ukraynanın indi daha çox hava hücumundan müdafiə sistemi və sursata ehtiyacı var. Hollandiya 500 milyon avro dəyərində Amerika silah sistemləri paketini təhvil verən ilk NATO müttəfiqi olacaq", - o yazıb.