Hizbullah İsrail-Livan sərhədində yerləşən İsrail ordusunun "Merkava" tipli tankını idarə olunan raketlə vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada Əl-Bağdadi mövqeyində yerləşən İsrail ordusuna məxsus "Merkava" tipli tankın idarə olunan raketlə tam dəqiqliklə vurulduğu bildirilib. İsrailin Dovev qəsəbəsindəki kəşfiyyat vasitələrinin raket və müvafiq silahlarla hədəfə alındığı da qeyd edilib.
Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bəri davam edən qarşıdurmalarda 184 Hizbullah üzvü, 6 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.
Hizbullah İsrail tankını raketlə vurub
1 dəq