"Hizbullah" İsrail Silahlı Qüvvələrinin sərhəd bölgəsindəki istehkam məntəqəsinə pilotsuz təyyarə ilə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qrupun hərbi informasiya xidmətinin Teleqram kanalında məlumat yayılıb.
Məlumatda bildirilir ki, hücum əl-Malkiya yaşayış məntəqəsinin ərazisində yerləşən hərbi obyektə yönəldilib.