Hindistanın şimalında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə insan itkin düşüb.
Qeyd edək ki, iyunda baş verən güclü yağış və torpaq sürüşməsi nəticəsində 280 nəfər həlak olub.